AZ

Lənkəranda qanunsuz ağac emalatxanaları aşkarlandı

Lənkəranda qanunsuz ağac emalı ilə məşğul olan sexlər aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Senzor.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Təngivan və Qurunba kəndlərində yerləşən iki emal sexində müvafiq normativ sənədlər olmadan müxtəlif cinsli iri ağac gövdələrinin emal olunması üçün dəzgahların qoyulduğu aşkar edilib.

 

Aşkarlanan hallarla bağlı emal sexlərinin sahibləri barəsində protokol tərtib olunub və həmin şəxslər inzibati məsuliyyətə cəlb olunublar.

Seçilən
32
17
senzor.az

10Mənbələr