"Meta" korporasiyasına məxsus "WhatsApp" mesencerində istifadəçilərin məxfiliyinə təhlükə yaradan bir boşluq aşkar edilib.
Məlum olub ki, kibercinayətkarlar 2021-ci ildə təqdim edilmiş "View once" funksiyasını məsafədən aşa bilərlər.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Məlumata görə, bu funksiya istifadəçinin yönləndirə, nüsxələyə və ya ekran görüntüsünü çəkə bilmədiyi mesajlar göndərməyə imkan verir. Baxıldıqdan sonra belə mesajlar avtomatik olaraq silinir. Boşluq "Zengo" təhlükəsizlik şirkətinin hesabatında verilib.
"Zengo"da müəyyən edilib ki, "View once" funksiyası yalnız mobil cihazlarda ekran görüntüsü çəkilməsini bloklaşdırıb, veb versiya və masaüstü proqramı isə istifadəçinin bu hərəkəti etməsinə mane olmayıb. "Zengo" tədqiqatçıları hesab edirlər ki, "Meta" şirkəti "View once" funksiyasını səhlənkar şəkildə həyata keçirib və cinayətkarlara şəxsi mesajların surətlərini asanlıqla paylaşmağa imkan verən boşluqlar buraxıb.
"Cebheinfo.az"