AZ

Masallıda məktəb açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci ildə qəzalı vəziyyətdə olan Masallı rayonu Qəzvinoba kənd ümumi orta məktəbinin yenidən tikilməsi ilə bağlı sərəncam imzalanmışdır.Bu sərəncam ölkə rəhbərliyinin təhsilə və gənc nəslin gələcəyinə verdiyi yüksək diqqətin bariz nümunəsidir. Əvvəl qəzalı vəziyyətdə olan məktəbin tamamilə yenidən tikilməsi və müasir standartlara cavab verən tədris ocağına çevrilməsi həm kənd sakinləri, həm də təhsil ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.Asiya.az xəbər verir ki, bu gün isə məktəbin tikinti işləri başa çataraq, onun təntənəli açılış mərasimi keçirildi. Açılışda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Çapay Məmmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Masallı Təhsil sektorunun  müdiri Qoşqar Hətəmov və digər rəsmilər iştirak etdilər. 180 yerlik və 3 mərtəbəli bu təhsil müəssisəsi, yeni nəsil texnoloji avadanlıqlarla təchiz edilərək şagirdlərə keyfiyyətli təhsil üçün ən müasir şərait yaradıb.Məktəbin açılışında çıxış edən məktəb direktoru Sevda Nuriyeva, kənd sakinləri Cabir Hüseynov, Afərin Əliyev və başqaları ölkə başçısı Prezident İlham Əliyevə və Birunci vitse-prezident Mehriban xanım Əliyevaya məktəbin tikintisinə göstərdikləri dəstəyə görə dərin minnətdarlıqlarını bildirdilər. Onlar təhsilə göstərilən qayğını yüksək qiymətləndirərək, bu kimi layihələrin Azərbaycanın hər bir bölgəsində gənclərin təhsil almaq imkanlarını genişləndirdiyini və ölkənin ümumi inkişafına böyük töhfə verdiyini vurğuladılar.Bu hadisə bir daha göstərir ki, Azərbaycan dövləti təhsilə strateji prioritet kimi yanaşır və ölkənin hər bir guşəsində müasir təhsil infrastrukturunun formalaşdırılmasına xüsusi diqqət yetirir. Yeni məktəbin açılışı həm gənclərin bilik və bacarıqlarının inkişafına, həm də bölgənin sosial-iqtisadi tərəqqisinə mühüm təsir göstərəcəkdir.

Seçilən
46
asiya.az

1Mənbələr