AZ

Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır

Prezident İlham Əliyev İtaliyaya işgüzar səfəri çərçivəsində bu ölkədə bir sıraəhəmiyyətli görüşlər keçirib. Son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyən dövlətimizinbaşçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını, dövlətlərarası əlaqələrinözündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini vurğulayıb, İtaliyanın Avropada Azərbaycanınəsas ticarət tərəfdaşı olduğunu qeyd edib. Bu xüsusda, ölkələrimiz arasında enerji sahəsindəəməkdaşlığın vacibliyi, o cümlədən TAP layihəsinin əhəmiyyəti vurğulanıb. Bu gün TAPlayihəsinin həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı mühümrola toxunularaq, hazırda bu layihənin Avropanın 10 ölkəsinin enerji təchizatındakı vacib roluqeyd olunub.Son illər ölkələr arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidəedilməkdədir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub.Ölkələr arasında ticarət dövriyyəsi son 4 ildə 3.4 dəfə artıb. Azərbaycan və İtaliya arasında ənböyük ticarət dövriyyəsi isə 2022-ci ildə (18.122 milyard dollar) qeydə alınıb. Bu kəskin artımRusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının və eləcə də maviqazın qiymətinin kəskin artması ilə bağlıdır.2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxuİtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliyavasitəsilə ixrac edir. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarətdövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Cənub Qaz Dəhlizi çərçivəsindəAzərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcminə birbaşatəsir göstərib. Belə ki, hazırda Azərbaycandan Avropaya 12 milyard kubmetr qaz ixrac olunur,ikinci mərhələdə isə bu göstərici 20 milyard kubmetr olacaq. Nəql ediləcək mavi qazınəhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac edilir. Bu da təbii ki, ölkələr arasındakı iqtisadimünasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir.Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi millitəhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhliziadlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerjitəhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropaİttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaztəchizatçısı və etibarlı tərəfdaş adlandırır.İkitərəfli əlaqələr enerji və ticarətlə məhdudlaşmır. Bu dost dövlətlər hazırda humanitarməsələlər üzərində fəal şəkildə işləyir. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıbvə bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcıuniversiteti – Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri və onlarınAzərbaycandan olan tərəf-müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, gələcək əməkdaşlıqüçün mühüm əhəmiyyət kəsb edəcək. Çünki orada bu gün təhsil alan və gələcəkdə təhsilalacaq tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlisdanışacaq, italyan mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxındantanıyacaqlar.Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasındakı münasibətlərin daha dainkişafı baxımından və strateji əməkdaşlığın gücləndirilməsi askpektindən kifayət qədərəhəmiyyətlidir. Azərbaycan Prezidentinin İtaliyaya səfərindən sonra ölkələr arasında qeyri-neftsektorunda da əməkdaşlığın güclənməsinin müşahidə olunacağı gözlənilir. İtaliyainvestisiyasının Azərbaycanın qeyri-neft sektoruna və eləcə də işğaldan azad olunanərazilərimizə cəlb edilməsi də prioritet olaraq qalmaqdadır. Bu baxımdan cənab İlham Əliyevinİtaliyaya səfəri iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq.Qənimət Səmədov,Sabirabad rayon Qaz xidmət sahəsinin rəisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
5
kanal24.az

10Mənbələr