AZ

Bakıda avtomobil 15 yaşlı oğlanı vurdu

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xreport.az-a istinadən xəbər verir ki, yolu keçən 2009-cu il təvəllüdlü Camal İsmayıl oğlu Muxtarovu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq sümüklərinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bizim.Media

Seçilən
6
7
bizim.media

9Mənbələr