AZ

Aytən Səfərova uzun aradan sonra efirə qayıdır

Bu gün, 09:35



Aparıcı Aytən Səfərova apreldə düşdüyü qəzadan sonra efirə qayıdır.AvroMedia.az xəbər verir ki, o, yeni mövsümdə yenidən "Xəbər ertəsi" verilişində aparıcılıq edəcək.Xatırladaq ki, qəzadan sonra proqramı aparıcı Mehman Rəsulovla birlikdə verilişin redaktoru Ruzana Kərimli aparırdı.Qeyd edək ki, A.Səfərova apreldə qəzaya düşüb və həmin gündəm efirə çıxmır. Hadisə səhər saatlarında 8 Noyabr prospekti istiqamətində baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb. A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Digər avtomobildə olan 2005-ci il təvəllüdlü Ayxan Əliyev vəfat edib.скачать dle 12.1

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
avromedia.az

2Mənbələr