AZ

NATO-nun yeni Baş katibi oktyabrın 1-də vəzifəsinin icrasına başlayacaq

Yazını böyüt
Yazını kiçilt

NATO-nun yeni Baş katibi Mark Ruttenin vəzifəsinin icrasına başlamasına həsr olunmuş mərasimi oktyabrın 1-də keçiriləcək.

Hafta.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

“Oktyabrın 1-də Yens Stoltenberqin NATO-nun Baş katibi kimi səlahiyyət müddəti başa çatacaq, onu Niderlandın sabiq Baş naziri Mark Rutte əvəzləyəcək”, - deyə mətbuat xidməti bildirib.

Bu münasibətlə alyansın Brüsseldəki mənzil-qərargahında səlahiyyətlərin verilməsi ilə bağlı rəsmi mərasim və yeni Baş katibin mətbuat konfransı keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
8
hafta.az

9Mənbələr