AZ

Cəlilabadda yanan evdən xilas olunan uşaq dünyasını dəyişdi

Cəlilabad rayonunun Azərbaycan küçəsində fərdi yaşayış evində yanğından xilas olunan 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakıda xəstəxanada vəfat edib.

Bizim.Media xəbər verir ki, yanğın baş verən zaman Rüqəyya evdə yatırmış.

Hadisə yerinə gələn FHN-in Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları ilk olaraq 5 yaşlı uşağı xilas edərək aidiyyəti üzrə təhvil vermişdilər.

Ağır vəziyyətdə olan uşaq təcili olaraq Bakıya göndərilmişdi.

Sabutay, Bizim.Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
6
bizim.media

7Mənbələr