AZ

BMT-nin xüsusi təhlükəsizlik xidmətinin əməkdaşları COP29 görə Azərbaycana gələcəklər

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) üçün Bakıya BMT-nin Nyu-York, Cenevrə, Vyana, Nayrobi kimi müxtəlif qərargahlarından 100 nəfərdən çox peşəkar təhlükəsizlik xidməti əməkdaşı gətiriləcək.

KONKRET.az xəbər verir ki,  bunu “Report”a müsahibəsində BMT-nin Baş Qərargahında Təhlükəsizlik Xidməti rəisinin müavini Kevin O`Hanlon deyib.

O bildirib ki, konfrans zamanı müxtəlif zonalar olacaq:

“BMT-nin zonası “mavi zona” olacaq, bu zonada təhlükəsizliyə BMT məsuliyyət daşıyacaq və mən həmin zonada xidmət göstərəcəyəm. Bura BMT-nin Nyu-York, Cenevrə, Vyana, Nayrobi kimi müxtəlif qərargahlarından 100 nəfərdən çox peşəkar təhlükəsizlik xidməti əməkdaşı gətiriləcək və biz “mavi zona”da təhlükəsizliyi təmin edəcəyik”.

K.O`Hanlonun sözlərinə görə, məkan daxilində hökumətin təhlükəsizlik xidməti əməkdaşları, eləcə də özəl təhlükəsizlik işçiləri ilə bir komanda yaradılacaq:

“Bu komandada minə yaxın insan olacaq. Bundan başqa, yaşıl zona mövcud olacaq. Azərbaycan hökumətinin təhlükəsizlik xidmətləri həmin zonadan məsul olacaqlar, onlar həm də hava limanında, hotellərdə təhlükəsizlik təminatına cavabdeh olacaqlar. Yəni təhlükəsizlik hərtərəfli bir plandır və müşahidələrimə əsasən, bu plan çox irəliləmiş vəziyyətdədir. Mən isə onun kiçik bir hissəsi olan “mavi zona”ya cavabdehəm”.

Seçilən
38
5
konkret.az

7Mənbələr