AZ

Beynəlxalq düşərgənin iştirakçısı: Xalqımızın mədəniyyətini digər ölkələrin gənclərinə tanıdırıq

Beynəlxalq

Şəki, 11 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəkidə keçirilən “Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi”ndə iştirak etdiyim üçün çox şanslıyam. Yeni dostlar tapmaq üçün əla imkan yaranıb.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəkidə keçirilən beynəlxalq yay düşərgəsinin iştirakçısı Şəfiqə Çiraqi söyləyib.

Düşərgədə istər ölkəmizin müxtəlif regionlarından, istərsə də Gürcüstandan yeni dostlar tapdığını vurğulayan iştirakçı deyib: “Belə düşərgələrdə biz gənclər həm öz mədəniyyətimizi digər ölkələrin gənclərinə tanıdır, eyni zamanda, digər xalqların mədəniyyətlərini öyrənmək şansı əldə edirik. Keçirilən təlimlər müxtəlif mövzuları əhatə edir. Təlimlərdə iştirak etməklə həm öyrənir, həm də liderlik xüsusiyyətləri qazanırıq”.

Qeyd edək ki, Şəki Olimpiya İdman Kompleksində “Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi” keçirilir. Gənclər və İdman Nazirliyinin və Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən düşərgəyə hər iki ölkəni təmsil edən 120-yə yaxın gənc qatılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
azertag.az

2Mənbələr