AZ

Britaniya Ukraynaya 600 milyonluq yardım elan etdi

ABŞ Dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Kiyevə səfərləri çərçivəsində Ukraynaya yeni yardım paketi təqdim edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Devid Lemmi Ukraynaya 600 milyon funt-sterlinqdən çox dəstək ayrıldığını elan edib.

Bildirilib ki, paketə Ukraynaya 242 milyon funt-sterlinq məbləğində maliyyə yardımı daxildir. Qeyd olunub ki, Ukraynanın iqtisadi sabitliyini gücləndirmək üçün ilin sonuna qədər Dünya Bankının kreditləri üçün 484 milyon dollar dəyərində kredit zəmanətləri də təqdim ediləcək.

Britaniyalı nazir ölkəsinin Ukraynaya dəstəyinin sarsılmaz olduğunu vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
10
milli.az

10Mənbələr