AZ

Azərbaycan yığmaları Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Bu gün Macarıstanın paytaxtı Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib.

SİA xəbər verir ki, birinci turda kişi şahmatçılardan ibarət Azərbaycan yığması İordaniyanı məğlub edib - 3,5:0,5. Aydın Süleymanlı, Nicat Abasov, Rauf Məmmədov qələbə qazanıb. Şəhriyar Məmmədyarov heç-heçə oynayıb.

Qadınlardan ibarət milli isə Nikaraqua komandasını üstələyib. Şahmatçılarımız açılış turunda maksimum nəticə ilə qələbə qazanıblar. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibi təslim olmağa məcbur edib.

Qeyd edək ki, Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
9
sia.az

10Mənbələr