AZ

Kərimin döyülmə səbəbi BƏLLİ OLDU -Toydan eksklüziv görüntülər

Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasov ötən gün paytaxtın məşhur məkanlarından birində toyda döyülüb.

Publika.az xəbər verir ki, müğənninin döyüldüyü toydan olduğu iddia edilən kadrları yayılıb.

Qeyd edək ki, müğənni Kərim dünən axşam saatlarında toyda döyülüb. Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb. Yayılan məlumata görə, müğənninin döyülməsi hadisəsi Kərim Abbasovun mahnıları fonoqram ifa etdiyi üçün baş verib. Belə ki, bu, məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
19
publika.az

10Mənbələr