AZ

Mirmahmud Mirəlioğlu istefa verə biləcəyinə eyham vurdu – AÇIQLAMA

Sentyabrın 1-də Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra müxalifət düşərgəsində “yarpaq tökümü” başlayıb. Belə ki, seçkilərdə müsbət nəticə göstərə bilməmiş partiya sədrlərinin istefa bəyanatları eşidilməkdədir.

Əvvəlcə Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pəhan Hüseyn postundan gedəcəyinə eham vursa da, Respublikaçı Alternativ Partiyasının (REAL) sədri istefa verdiyini rəsmən açıqladı. Belə bir məqamda isə eyni durumun Klassik Xalq Cəbhəsi Partiyasında da yaşanacağı ehtimalı səsləndirilir.

Maraqlıdır, Mirmahmud Mirəlioğlu isfefa barədə düşünürmü?

Məsələ ilə bağlı KONKRET.az-a danışan partiya sərdi Mirmahmud Mirəlioğlu bir neçə gündən sonra Ali Məclisin iclasının keçiriləcəyini xatırladıb:

“Sentyabrın 15-də partiyanın Ali Məclisinin sessiyası olacaq. Vəziyyəti dəyərləndirib, müvafiq qərarlar qəbul edəcəyik. İlkin variant olaraq nəzərdə tutula bilər ki, sədrlikdən istefa verim. Sessiyada nə qərar verilsə, onu qəbul edəcəyəm. Bu, olduqca normal haldır. Azərbaycanda anormal vəziyyət yaranıb. Seçkilərda saxtakarlıqlar olub və bu, ölkə üçün utancvericidir”.

Məlik Məlikov,

KONKRET.az

Seçilən
111
8
konkret.az

7Mənbələr