Vatikan və Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqavilə imzalanıb. Sənədi sentyabrın 11-də Azərbaycan prezidentinin köməkçisi və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və kardinal Fernando Verqes Alsaqa imzalayıblar.
Müqəddəs Pavel Bazilikası Vatikanın ən böyük abidələrindəndir və 1980-ci ildən YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir.