AZ

Çindən avtomobil istehsalçılarına çağırış: Texnologiyanı xaricə çıxarmayın

Çin administrasiyası avtomobil istehsalçılarını qabaqcıl elektromobil texnologiyalarının ölkədə qalmasını təmin etməyə çağırıb.

Marja xəbər verir ki, Bloomberg-ə danışan mənbələr, avtomobilin mühüm hissələrinin Çində istehsal edilməsinin və son montaj mərhələsi üçün istehsalın aparıldığı ölkələrə göndərilməsinin tələb olunduğunu bildirib.

Bu çağırış, BYD və Chery kimi şirkətlərin İspaniyadan Tayland və Macarıstana qədər bir çox ölkədə fabriklər qurmaq planlarını gücləndirdiyi bir vaxta təsadüf edib.

Çinin aparıcı elektrik avtomobil istehsalçısı BYD iyul ayında Türkiyəyə milyard dollarlıq investisiya üçün müqavilə imzalamışdır. BYD rəsmilərinin açıqlamalarda, investisiya ilə qurulacaq zavodun illik 150 min avtomobil gücünə malik olacağı qeyd edilib. Eyni zamanda şirkətin Türkiyədə araşdırma və inkişaf mərkəzinin yaradılması nəzərdə tutulur. Zavodda 8-12 modelin istehsal edilməsi planlaşdırdılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
marja.az

1Mənbələr