AZ

Türkiyədə bahalı alışlar üçün nağd ödənişlər qadağan edilə bilər

Türkiyənin Vergilər İdarəsi nağd ödənişlərin maksimum məbləğinə - 7 min türk lirəsinə (təxminən 205 dollar) məhdudiyyət tətbiq edən düzəlişlər hazırlayıb. Bu barədə TASS məlumat yayıb.

Dəyişikliklər qəbul olunarsa, fiziki şəxslər və şirkətlər bu həddən artıq alış-veriş üçün ödənişi nağdsız üsullarla - kartlar, köçürmələr və ya rəsmi vasitəçilər vasitəsilə həyata keçirməli olacaqlar.

"Qayda pozan ən azı 5 min lirə (146 dollar) və ya alış məbləğinin 10%-ni ödəməli olacaq. Amma istehlakçı 5 gün ərzində vergi xidmətinə məlumat verərsə, cərimə hesablanmayacaq”, - sənəddə qeyd olunur.

Aytac 

www.anews.az
Seçilən
16
1
anews.az

2Mənbələr