AZ

SuperToys ucqar dağ kəndlərindəki uşaqları sevindirdi! - FOTOLAR

SuperToys uşaq oyuncaqları mağazalar şəbəkəsi və Toba MMC ənənəsinə sadiq qalaraq məktəb sezonunda da ehtiyacı olan uşaqlara yardım əlini uzatmağı unutmadı.Şirkət bu dəfə İsmayıllının Diyallı kəndindəki aztəminatlı ailələrin uşaqlarını sevindirdi. Toba velosiped zavodunun yaxınlığında tədbir təşkil edildi, gələn balacalara məktəb ləvazimatları paylanıldı. Tədbirdə animatorlar, eyni zamanda, şirkətin digər əməkdaşları balacalarla oyunlar oynadı, onları əyləndirdilər.Daha ucqar ərazilərdə yaşadığı üçün tədbirə gələ bilməyən uşaqların evləri ziyarət edildi, onlara da məktəb ləvazimatları verildi.SuperToys balacaların üzündə gülüş yaratmaq üçün korporativ sosial məsuliyyət layihələrini davam etdirəcəyini qeyd edir.*4044

ADEX

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
baku.news

1Mənbələr