AZ

Avtomobilin vurduğu piyada xəstəxanada öldü

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan piyada müalicə aldığı xəstəxanada ölüb.

Bakıvaxtı.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan 1972-ci il təvəllüdlü Şahin Ağayev göstərilən tibbi yardımlara baxmayaraq, bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, sentyabrın 2-də Mingəçevir şəhərində yolu keçmək istəyən Ş.Ağayevi avtomobil vurub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
81
7
bakivaxti.az

10Mənbələr