Rusiya Prezidenti Vladimir Putin İran Təhlükəsizlik Şurasının katibi Əli Əhmədian ilə görüşüb.
KONKRET.az mətbuat xidmətinə istinadən verir ki, Putin deyib ki, o, İran Prezidentinin Rusiyaya səfərini, o cümlədən iki ölkə arasında yeni saziş imzalamasını gözləyir.
Putin həmçinin qeyd edib ki, Rusiya Federasiyası ilə İran arasında dostluq münasibətləri son illər əlavə dinamika alıb.(apa)