AZ

1,5 milyon nəfər gələn il üçün Həcc qeydiyyatına alındı



Türkiyədə təxminən 1,5 milyon insan 2025-ci ilin Həcc ziyarəti üçün qeydiyyatdan keçib.

Newscenter.az xəbər verir ki, bu barədə Diyanət İşləri Başqanlığının Həcc və Ümrə xidmətlərinin baş direktoru Remzi Bircan deyib.

Remzi Bircan açıqlamasında həcc və ümrə ilə bağlı bütün qərarların Nazirliklər arası Həcc və Ümrə Şurasından alındığını xatırladıb və şuranın ilkin qeydiyyata alınmasına qərar verdiyini bildirib.


"İlk dəfə Həcc ziyarəti üçün müraciət edən vətəndaşlar müqavilə bağlamış banklara ilkin qeydiyyat rüsumu kimi 750 lirə yatırmalı və sonra "Elektron Hökumət" portalına daxil olaraq orada qeydiyyatını tamamlamalıdırlar. "Elektron Hökumət"ə daxil olanda bütün proses izah olunur. Axtarış bölməsindəki 'Həcc əməliyyatları' düyməsindən Həcc namizədləri öz əlaqə məlumatlarını, iqamətgahlarını qeyd etməlidirlər. Onlar ünvanlarını yeniləyəcək və istədikləri kateqoriya və yaşayış növünü seçəcəklər. Bundan sonra onların qeydiyyatı tamamlanacaq", - deyə Bircan bildirib.

Anar Əliyev
Seçilən
39
newscenter.az

1Mənbələr