AZ

ÜST: "Qəzzada 22 000 nəfərin reabilitasiyasına ehtiyacı var"

Qəzza zolağının 22 500 zərərçəkmiş sakini qarşıdakı illərdə reabilitasiya yardımına ehtiyac duyacaq. 

Bakıvaxtı.az "Vedomosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.

Təşkilatın hesabatına görə, ümumi zədələrə onurğa-beyni zədələri, travmatik beyin xəsarətləri və yanıqlar daxildir.

"Reabilitasiya ehtiyaclarında böyük artım səhiyyə sisteminin dağılması fonunda baş verib.  Xəstələr ehtiyac duyduqları yardımı ala bilmirlər. Mürəkkəb xəsarətlər üçün ixtisaslaşdırılmış tibbi yardım mövcud deyil. Bu isə xəstələrin həyatını təhlükə altına salır. Hazırda Qəzzanın 36 xəstəxanasından 17-si qismən işləsə də, ilkin səhiyyə xidməti təhlükəsizlik və evakuasiya nəticəsində əlçatmazdır", - deyə hesabatda vurğulanıb.

Gülşən Şərif

Seçilən
46
bakivaxti.az

1Mənbələr