AZ

"Bellinqhem onu zirvələrə aparacaq komandadadır"

"Real Madrid"in keçmiş hücumçusu Kriştiano Ronaldo "kral klubu"nun yarımmüdafiəçisi Cude Bellinqhemin potensialını və istedadını yüksək qiymətləndirib.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı futbolçu ingilis yarımmüdafiəçinin Madrid klubunda böyük zirvələrə çata və öz nəslinin ən yaxşı oyunçularından birinə çevrilə biləcəyini bildirib.

“Cude Bellinqhemin böyük potensialı, böyük istedadı var. O, Kamavinqa, Rodriqo, Vinisius kimi böyüyür. Onu zirvələrə aparacaq komandadadır. Cude öz nəslinin ən yaxşı oyunçularından birinə çevriləcək”, - Ronaldo YouTube kanalında yeni videoda bildirib.

Xatırladaq ki, yarımmüdafiəçi Madrid klubuna 2023-cü ilin yayında Dortmund Borussiyasından keçmişdi. Bu müddət ərzində o, 43 matçda iştirak edib, 23 qol vurub, 14 məhsuldar ötürmə edib. Ümumilikdə yarımmüdafiəçi meydanda 3733 dəqiqə keçirib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
90deqiqe.az

1Mənbələr