AZ

Hindistanda iğtişaşlar zamanı 52 nəfər saxlanılıb

Hindistanda yerli iğtişaşlar davam edir.

E-huquq,az "India Today"ə istinadən xəbər verir ki, Mandya rayonunda “Qanpati” paradında qarşıdurma yaşanıb.

Karnataka əyalətinin daxili işlər naziri Q.Parmeşvar parad zamanı fil başlı hindu tanrısı Qaneşa bütünə daş atıldığını bildirib.

Bir qrup hindu gənci bəzi mağazaları yandırıb.

Əlbəyaxa davada iştirak etdiyi iddia edilən 52 nəfər saxlanılıb.

Saxlanılanların ailələri polis idarəsinin qarşısına toplaşaraq yaxınlarının azadlığa buraxılmasını tələb ediblər.

Şəbnəm Mehdizadə

Seçilən
23
1
e-huquq.az

3Mənbələr