Kapital Bankın 150 illik yubileyi münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Sıfır Tullantı” həmrəylik marafonu çərçivəsində növbəti iməcilik Zaqatala rayonunda baş tutub.
Bankın Şəki–Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən filiallarından 40-a yaxın əməkdaşı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının nümayəndələri tərəfindən 813 kq tullantı toplanaraq ərazidən daşınıb.
Layihənin məqsədi dəniz və çay sahillərində, dağ-meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənmənin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsinə cəlb etməkdir.
Ekologiya.az