AZ

Ceyhun Bayramov Qətərin yeni səfirini qəbul edib - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin ölkəmizdəki yeni təyin olunmuş səfiri Məhəmməd Həməd Səad əl-Hacirini qəbul edib.

Aznews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov səfir Məhəmməd Həməd Səad əl-Hacirini təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüş zamanı Azərbaycan və Qətər arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, gələcək planlar, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadi-ticarət, təhsil, humanitar və s. sahələr üzrə uğurlu əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib. Yaxın günlərdə ölkələrimiz arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümünün tamam olacağı diqqətə çatdırılıb.

Mövcud əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində bir sıra mexanizmlər, o cümlədən siyasi məsləhətləşmələr, habelə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyət imkanlarından istifadənin əhəmiyyəti qeyd olunub.

Seçilən
79
37
aznews.az

10Mənbələr