AZ

Dünya Köçəri Oyunlarında növbəti medal

Dünya

Astana, 12 sentyabr, AZƏRTAC

Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb.

AZƏRTAC-a verilən məlumata görə, aba güləşi yarışında mübarizə aparan Ağani Məmmədov (90 kiloqram) bürünc medal qazanıb.

Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək yarışlarda Azərbaycan 8 növdə 54 idmançı ilə təmsil olunur.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
7
azertag.az

8Mənbələr