AZ

İran XİN həmin səfirləri çağırdı

İran Xarici İşlər Nazirliyi Böyük Britaniya, Fransa, Niderland və Almaniya səfirlərini öz ölkələrinin İrandan Rusiyaya hərbi yardım göstərməsi ilə bağlı bəyanatlarından sonra çağırıb.Bu barədə “Mizan” agentliyi məlumat yayıb.“Bəzi Avropa ölkələrinin qeyri-konstruktiv bəyanatlarından sonra Böyük Britaniya, Fransa, Niderland və Almaniyanın Tehrandakı səfirliklərinin rəhbərləri Xarici İşlər Nazirliyinə çağırılıb”, - bəyanatda qeyd olunub.Qeyd edək ki, sentyabrın 2-də “Bloomberg” Tehranın yaxın vaxtlarda öz ballistik raketlərini Moskvaya ötürməyi planlaşdırdığını yazıb. Məqalə müəlliflərinin fikrincə, Rusiya bu mərmilərdən Ukraynada hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə hazırlaşır.

Seçilən
38
6
adekvat.az

7Mənbələr