AZ

Bakıda “Formula 1” Azərbaycan Qran Prisi başlayır

Bakıda “Formula 1” sinfi üzrə Azərbaycan Qran Prisinin səkkizinci yarışları başlayır. Bu il Azərbaycan Qran Prisi sentyabrın 13-dən 15-dək keçiriləcək.

Əvvəlki illərdən fərqli olaraq, bu il ən məşhur “Formula 1” əyləncə tədbirləri bulvarda təşkil olunacaq. Bu tədbirlərdən biri də azarkeşlərin “F1” avtomobilinin təkərlərini dəyişdirmək üçün yarışdığı “Pit Stop Challenge” yarışıdır. Günün ən sürətli komandası hədiyyələr, o cümlədən imzalı əşyalar və paddoku (üçüncü tərəf ziyarətçiləri üçün qapalı ərazi) ziyarət etmək imkanı qazanacaq.

Sahil bulvarındakı fan zonada “Fan-forum” (Azarkeş forumu) keçiriləcək və burada dünyaca məşhur “F1” pilotları avtoidman həvəskarları ilə görüşəcək.

Azərbaycan Qran Prisinin tam təqvimini təqdim edirik:

13 sentyabr:

Formula 2. Məşq 11:00-11:45

Formula 1. Məşq 13:30 - 14:30

Formula 2. Kvalifikasiya 15:00 - 15:30

Formula 1. İkinci məşq 17:00 - 18:00

14 sentyabr:

Formula 1. Üçüncü məşq 12:30 - 13:30

Formula 2. Sprint (21 dövrə və ya 45 dəqiqə +1 dövrə) 14:15 - 15:05

Formula 1. Kvalifikasiya (17 dövrə və ya 60 dəqiqə) 16:00 - 17:00

15 sentyabr

Formula 2. Yarış (29 dövrə və ya 60 dəqiqə +1 dövrə) 11:35 - 12:40

Formula 1. Pilotların Paradı 13:00 – 13:30

Formula 1. Azərbaycan Qran Prisi 15:00 - 17:00

“Formula 1” Azərbaycan Qran Prisi ən gözlənilməz yarış hesab olunur - heç bir “Formula 1” pilotu bu yarışı iki dəfə qazana bilməyib.

Bakıdakı tras şəhərlərdəkilərin ən sürətlisidir, builki təqvimdə dairənin uzunluğuna görə o, yalnız Spa və Ciddədən, dönmələrin sayına görə isə Sinqapur və Əbu-Dabidən sonra ikinci yerdədir və həm də saat əqrəbinin əksinə bükülür. Düz xəttin sonunda maksimal sürət təxminən 370 km/saatdır.

Konfiqurasiyaya iyirmi döngə daxildir - 12 sola və səkkiz sağa, onlardan səkkizi 90 dərəcədir. Trasın eni köhnə şəhərdə yeddinci və səkkizinci döngələr sahəsində geniş hissədə 13 metrdən 7,6 metrə qədərdir.

Bu il yarış həftəsonu dünya ulduzlarının iştirakı ilə “Crystall Hall”da keçiriləcək konsertlərlə davam edəcək. Dünya şöhrətli aktyor və müğənni Uill Smit sentyabrın 13-də pərəstişkarlarına unikal musiqi proqramı təqdim edəcək. Həmin axşam “F1” azarkeşləri Cənubi Afrikanın məşhur didjey və prodüseri “Black Coffee”-nin ritmik, enerjili çıxışından həzz alacaqlar. Sentyabrın 14-də isə dünya musiqisinin ulduzu “DJ Balvin” Bakı səhnəsində avtoidman həvəskarlarına möhtəşəm axşam təqdim edəcək.

Bu dəfə Azərbaycan Qran Prisi şənbə sprinti olmadan keçiriləcək.

2023-cü il Bakı yarışının qalibi “Red Bull” komandasının pilotu Serxio Peres olub.

Almaz Həsənli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
oxumeni.az

1Mənbələr