ABŞ Prezidenti Bayden 11 sentyabr 2001-ci il hücumlarını anmaq üçün ABŞ-nin Pensilvaniya ştatında Amerika vətəndaşları ilə görüşüb. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Mətbuata qapalı keçirilən tədbirdə Baydenin ABŞ-nin keçmiş Prezidenti və prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəkləyən şəxslə danışdığı və daha sonra həmin şəxsin üzərində “Tramp 2024” yazılmış papağını götürdüyü anlar kameraya düşüb. Sosial mediada paylaşıldıqdan sonra sürətlə yayılan görüntülər Respublikaçılar Partiyası tərəfdarları arasında trend mövzusuna çevrilib. Partiyanın seçki kampaniyasının "X" sosial media hesabında Baydenin papaqla fotosu “Dəstək üçün təşəkkürlər, Co!” başlığı ilə yerləşdirib.