AZ

“Bu görüşlərdən maksimum istifadə etməyə çalışacağıq”

“Geridə qalan 5 tur bizim üçün nəticə baxımından qənaətbəxş hesab olunmaya bilər”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in futbolçusu Yusif Nəbiyev deyib.

O, yaranan fasilədən maksimum istifadə etməyə çalışdıqlarını bildirib: “Yaranan fasilədən maksimum istifadə etməyə çalışdıq ki, əskiklərimizi tamamlayaq. Geridə qalan 5 tur qənaətbəxş hesab olunmaya bilər. Məncə, buna baxmayaraq inkişaf edirik. Heyət baxımından dəyişikliklər çoxdu. Oyundan oyuna daha da yaxşı olacağıq. Çempionat uzun marafondu. Qarşıda vacib oyunlar var və bu görüşlərdən maksimum istifadə etməyə çalışacağıq. Komanda olaraq bacardığımız qədər üst mövqedə yer tutmağa cəhd edəcəyik”.

GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
futbolinfo.az

1Mənbələr