AZ

Aİ Rusiyaya qarşı sanksiyaları uzatdı

Avropa İttifaqı (Aİ) Rusiyada 2 mindən çox fiziki şəxs və təşkilata qarşı fərdi sanksiyaları gələn ilin mart ayının 15-nə qədər uzadıb.

Demokrat.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.

“Bu gün Aİ Şurası Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha altı ay - 2025-ci il martın 15-dək uzadıb”, - bəyanatda qeyd edilib.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
26
19
demokrat.az

10Mənbələr