Yens Stoltenberq oktyabrın 1-də NATO-nun baş katibi postunu tərk edəcək. Gələcəkdə o, Münhen Təhlükəsizlik Konfransına rəhbərlik edəcək.
Qaziler.az bildirir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin mənbəsinin bildirdiyinə görə, Stoltenberqin 2025-ci ilin fevralında keçiriləcək növbəti konqresindən sonra Münhen Təhlükəsizlik Konfransının rəhbəri vəzifəsinin icrasına başlayacağı gözlənilir.
Təhlükəsizlik forumunun hazırkı rəhbəri Kristof Qoysgen bu vəzifəyə 2022-ci ildə başlayıb.
Eyni zamanda, uzun müddət Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının prezidenti vəzifəsində çalışan Volfqanq İşinqer öz vəzifəsini qoruyacaq.
Qeyd edək ki, Norveçin keçmiş baş naziri Yens Stoltenberq 2014-cü ildən NATO-nun baş katibi vəzifəsini icra edirdi. Oktyabrın 1-dən onu Hollandiyanın keçmiş baş naziri Mark Rutte vəzifəsində əvəz edəcək.
QAZİLER.AZ