AZ

İtaliya diktatoru Mussolininin nəvəsi hakim partiyanı tərk etdi

İtaliya diktatoru Benito Mussolininin nəvəsi Raquele bildirib ki, o, baş nazir Corci Meloninin İtaliya qardaşları partiyasını siyasi qüvvənin həddindən artıq sağçı ideyalarına görə tərk edib.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi yazıb.

“Səhifəni çevirmək, mötədil və mərkəzçi fikirlərimə daha yaxın olduğunu hiss etdiyim partiyaya qoşulmağın vaxtıdır”, deyə o, qeyd edib.

Raquele Meloni ilə bir sıra məsələlərdə, o cümlədən Baş nazirin Olimpiadada iştirak etdiyi üçün ciddi tənqidlərə məruz qaldığı, cinsiyyətinin dəyişdirilməsindən şübhələndiyi Əlcəzair idmançısı İman Xelifin təqibini dəstəkləmədiyini bildirib.

Mussolininin nəvəsi hazırda 2021-ci il seçkilərində ən çox səs toplayan Romada şəhər şurasının üzvüdür. O, yaxın gələcəkdə mərkəzçi Forza Italia partiyasına qoşulmağı planlaşdırır.

İlkanə Şəvəqqət,

KONKRET.az

Seçilən
124
konkret.az

1Mənbələr