AZ

“Maliyyə şərtləri məni “Neftçi”ni seçməyə məcbur etdi” - Adrian Mutu

Rumıniyalı baş məşqçi Adrian Mutu “Neftçi”dən gedişi haqda danışıb.

Bizim.Media xəbər verir ki, o, “Digi Sport” nəşrinə açıqlamasında Bakı təmsilçisindən ayrıldığı üçün peşman olmadığını vurğulayıb:

"O vaxt verdiyim qərar idi. Təklif çox yaxşı idi, komandanın potensialı var idi. Maliyyə şərtləri məni “Neftçi”ni seçməyə məcbur etdi. Ondan əlavə, mənə “Rapid”də mövsümün sonunda azarkeşlər tərəfindən təzyiq var idi. Əgər anam vəfat etməsəydi, çox güman ki, mən hələ də “Neftçi”də idim, çünki 1+1 illik müqaviləm var idi".

Qeyd edək ki, Adrian Mutu ötən ilin iyulundan dekabr ayına qədər Bakı təmsilçisinin baş məşqçisi olub.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
4
bizim.media

5Mənbələr