AZ

Şahmat Olimpiadası: Azərbaycan yığmalarından qələbə

Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 2-ci tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, hesabat turunda ölkəmizin kişilərdən ibarət yığması Finlandiyanı məğlub edib 3,5-0,5. Aydın Süleymanlı heç-heçə oynayıb. Nicat Abasov, Rauf Məmmədov və Məhəmməd Muradlı partiyanı qələbəylə başa vurub.

Qadınlardan ibarət Azərbaycan yığma isə Avstraliyanı üstələyib 3-1. Günay Məmmədzadə və Xanım Balacayeva rəqibini məğlub edib. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova heç-heçəylə kifayətlənib.

İki turdan sonra komandalarımız 4 xalla liderlər qrupunda yer alıb.

Seçilən
60
3
futbolpress.az

5Mənbələr