AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 399  Bakı şəhəri, 5 sentyabr 2024-cü il

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 365 (Cild I); 2024, № 3, maddə 315) ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 2.1-ci bəndinin yeddinci abzası səkkizinci abzas hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“tədris olunan müvafiq fənlərin məzmununa qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil etmək;”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 366 (Cild I); 2024, № 3, maddə 315) ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın 2.1-ci bəndinin yeddinci abzası səkkizinci abzas hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“tədris olunan müvafiq fənlərin məzmununa qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil etmək;”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 mart tarixli 85 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 519 (Cild I) ilə təsdiq edilmiş “Peşə təhsilinin dövlət standartları”na aşağıdakı məzmunda 2.9-cu bənd əlavə edilsin:

“2.9. Peşə təhsili pilləsində tədris olunan müvafiq fənn və modulların məzmununa qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil edilir.”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1233 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na aşağıdakı məzmunda 2.4-cü bənd əlavə edilsin:

“2.4. Ümumi təhsil pilləsində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil edilir.”. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Seçilən
105
xalqqazeti.az

1Mənbələr