AZ

Üç iranlı sərhədçi öldürülüb

Pakistanla sərhəddə yerləşən Mircava şəhəri yaxınlığında, Sistan və Bəlucistan əyalətində silahlı hücum nəticəsində 3 iranlı sərhədçi həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Zahidan şəhərinin prokuroru Mehdi Şəmsabadi məlumat verib.

“Bu gün axşam saatlarında Mircavada yanacaqdoldurma məntəqəsində bir neçə naməlum silahlı şəxs yanacaq dolduran sərhədçilərin avtomobilinə atəş açıb”.

Şəmsabadinin sözlərinə görə, prokurorun terror aktı adlandırdığı hücumda iki əsgər və bir leytenant rütbəli zabit həlak olub.

Bundan əlavə, yanacaqdoldurma məntəqəsində olan mülki şəxs də yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
7
operativmm.az

8Mənbələr