AZ

Superkompüter ÇL-in qalibini açıqladı

“Opta” superkompüteri “Mançester Siti”nin 2024/2025 Çempionlar Liqasının qalibi olmaq şansının yüksək olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, hesablamara görə, İngiltərə klubu 25,3%-lə turnirin favoritidir.

İkinci yerdə “Real Madrid” qərarlaşıb. “Kral klubu”nun turnirdə qalib olmaq şansı 18,2% qiymətləndirilir. 10,9 %-lə “İnter” ilk üçlükdə yer alıb.

Dördüncü yerdə London “Arsenal”ı (6,3%) qərarlaşıb. Beşinci yerdə isə 5,4%-lə “Bayer Leverkuzen”dir.

Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi “Real Madrid”dir. Ötən mövsümün finalında İspaniya klubu Dortmund “Borussiya”sına 2:0 hesabı ilə qalib gəlib.


Seçilən
96
1
qafqazinfo.az

2Mənbələr