AZ

Azərbaycan səfiri Keniyanın gənclər naziri ilə innovasiya, yaşıl enerji sahələrində əməkdaşlığı müzakirə edib

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Şərqi Afrika ölkəsinin gənclər və idman naziri Kipçumba Murkomenlə görüşərək onunla innovasiya, yaşıl enerji, habelə idman kimi sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirib.

“Report” xəbər verir ki, bu barədə afrikalı siyasətçi sosial şəbəkədə paylaşım edib.

“Bu gün (sentyabrın 12-də - red.) günorta “Talanta Plaza”da mənimlə nəzakətli görüşə gəlmiş Azərbaycanın Keniyadakı səfiri Zati-aliləri Sultan Hacıyevlə səmərəli söhbət etdim. Biz kənd təsərrüfatı, innovasiya, yaşıl enerji, idman və yaradıcı iqtisadiyyat daxil olmaqla müxtəlif sektorlarda gənclər arasında sosial-iqtisadi transformasiyanın həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçirdik”, – Murkomen qeyd edib.

Seçilən
41
2
far.az

3Mənbələr