AZ

Lukaşenko Qarabağda baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırdı

"Qarabağda baş verən hadisələrdə günah yalnız Ermənistan rəhbərliyinin üzərinə düşür".

OXU24.COM "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O , digər dövlət başçılarının susduğu və ya buna qarşı çıxdığı bir vaxtda ərazilərin Azərbaycana qaytarılmasını şəxsən rəsmi İrəvana təklif etdiyini vurğulayıb.

Belarus Prezidenti əlavə edib ki, o, Ermənistan hakimiyyətini regionda sülhə çağırıb, lakin İrəvan Qarabağdan əl çəkməmək qərarına gəlib.

O qeyd edib ki, əvvəllər Azərbaycan Prezidenti İlham Əliyevlə bu regionda hər şeyin sülh yolu ilə həllini müzakirə ediblər .

Lukaşenko Belarusun Ermənistana müxtəlif sahələrdə kömək etdiyini və “yaxşı münasibətlər” qurmağa çalışdığını, lakin İrəvanın Qərbə üz tutduğunu bildirib .

Qeyd edək ki, 2024-cü ildə Belarus və Ermənistan arasında münasibətlər pisləşməyə başlayıb. May ayında Lukaşenko Azərbaycanda olarkən və ölkə prezidenti İlham Əliyevlə görüşərkən o, Belarusun azad edilmiş ərazilərin bərpasına kömək edə biləcəyini deyib. Bundan sonra Ermənistan Minskdəki səfirini geri çağırıb, baş nazir Nikol Paşinyan isə Lukaşenkodan üzr istəməsini tələb edib.

 

Seçilən
25
1
oxu24.com

6Mənbələr