AZ

Vyetnamda daşqınlar nəticəsində 233 nəfər öldü

Yagi qasırğasının Vyetnamın şimalında yaratdığı daşqınlar nəticəsində azı 233 nəfər ölüb, 823 nəfər yaralanıb
Metbuat,az xəbər verir ki, bu barədə Vyetnam Xəbər Agentliyi məlumat yayıb.Bildirilib ki, daşqınlar səbəbindən 103 nəfər itkin düşüb.

Fövqəladə hallar xidmətlərinin məlumatına görə, Vyetnamın 26 əyalət və şəhərində daşqınlar nəticəsində 204 mindən çox ev və bina su altında qalıb və dağılıb. Elektrik və rabitə xətləri də sıradan çıxıb. Daşqın çəltik, meyvə və digər bitkilərin becərildiyi 263 min hektardan çox kənd təsərrüfatı sahəsini məhv edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
metbuat.az

1Mənbələr