Qazaxıstanın müdafiə xərclərinin 2025-ci ilə qədər 666 milyard tengeyə (1,3 milyard dollar) və ya ÜDM-in 0,68 faizinə çatacağı gözlənilir.
"Operativ Media" xəbər verir ki, bu barədə “Kursiv” ölkənin Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, gələn il Müdafiə Nazirliyinin xərcləri təxminən 100 milyard tenge artacaq.