AZ

Rusiyadan Azərbaycana pul köçürmələr kəskin düşüb

Azərbaycandakı əhaliyə Rusiya Federasiyasından pul köçürmələrinin həcmi cari ilin ilk yarımilində 287.05 milyon ABŞ dolları olub.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Azərbaycanda Türkiyədən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi illik müqayisədə 320.85 və ya 53% azalmadır.

2023-cü ilin birinci yarısında pul köçürmələrinin həcmi 607.9 milyon dollar olub.

Azərbaycandan Rusiyaya köçürülmüş fiziki şəxslərin pul baratları illik müqayisədə 9.09 milyon (23.6%) azalaraq 29.4 milyon dollara düşüb. Halbuki, keçən ilin müvafiq dpvründə 38.49 mln. dollar pul köçürülmüşdü.

Beləliklə, Azərbaycana Rusiyadan daxil olan pul köçürmələr ora köçürmələri 257.65 milyon dollar üstələyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
2
banker.az

5Mənbələr