AZ

Əfqanıstanda silahlı hücum: 14 nəfər öldü

Əfqanıstanda şiə həzaralara qarşı silahlı hücum nəticəsində 14 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, “Tolo News”-un məlumatına görə, Daykundi və Qor əyalətlərinin sərhəddində yerləşən Karyudal bölgəsində naməlum silahlı şəxslər şiə həzaralara hücum ediblər.

Hücum nəticəsində azı 14 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hücuma məruz qalanların Daykundi vilayətinin Sengi Taht rayonunun sakinləri olduğu və onların Kərbəlanı ziyarət edən qohumları ilə görüşmək üçün Karyudal bölgəsinə getdikləri bildirilib.

Silahlı şəxslərin foto çəkdirmək adı ilə rayon sakinlərini daşıyan avtobusu saxladıqları, daha sonra isə onlara atəş açdıqları qeydə alınıb.

Əfqanıstan administrasiyasından hələlik heç bir açıqlama verilməyib.

Əfqanıstanda terror təşkilatı İŞİD başda olmaqla müxtəlif silahlı qruplar tez-tez silahlı və ya bombalı hücumlarla əfqan şiələrini hədəf alır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr