AZ

Bakıya əsas rəqibi ilə bir təyyarədə gəldi – MARAQLI FOTO

"Red Bull" pilotu Maks Ferstappen Bakıya "Formula 1"dəki rəqibləri ilə birlikdə gəlib.

Sportinfo.az xəbər verir ki, təcrübəli niderlandlı sürücü bununla bağlı sosial şəbəkə hesabında foto paylaşıb.

O, Azərbaycan Qran-prisində iştirak etmək üçün Lando Norris ("McLaren") və Niko Hulkenberq ("Haas") ilə paytaxtımıza gəlib.

Norris cari mövsümdə Ferstappenin əsas rəqibi hesab edilir. Niderlandlı pilot sona 8 mərhələ qalmış 303 xalla liderdir. Norris isə 241 xalla ikinci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
sportinfo.az

1Mənbələr