AZ

F2 komandalarından biri yarışı dayandırıb

Bakı, TurkicWorld

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 çərçivəsində Formula 2 komandalarının sərbəst yürüşü zamanı bolidlərin birində proble aşkar edilib.

TurkicWorld -in məlumatına görə, "Campos Racing" komandasının pilotu Xosep Maria Martinin avtomobilində tüstülənmə baş verib və nəticədə qırmızı bayraq qaldırılıb.

Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 çərçivəsində Formula 2 komandalarının sərbəst yürüşləri start götürüb.

Xatırladaq ki, bu gündən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 start götürüb.

13-15 sentyabr tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.

Yarışın 2-ci günü, yəni sentyabrın 14-də Formula 1 komandalarının 3-cü sərbəst yürüşü, sıralama yürüşü və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə sentyabrın 15-də keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə Formula 1 Azərbaycan Qran Prisi baş tutub.

Seçilən
86
6
turkic.world

4Mənbələr