AZ

Avarçəkənlərimiz dünya çempionatının startını gözləyir

Bu gün İtaliyanın Genuya şəhərində çimərlik sprinti üzrə dünya çempionatına start veriləcək. Sport24.az xəbər verir ki, turnirdə 2 idmançımız iştirak edəcək.
 
Diana Dımçenko və Murad Sadıxov medallar uğrunda yarışacaq. Sentyabrın 15-ə qədər davam edəcək yarışda hər 2 avarçəkənimiz bir nəfərlik qayıqda çıxış edəcək.
 
Qeyd edək ki, avarçəkmənin çimərlik sprinti növü 2028-ci il Los-Anceles olimpiadasının təqvim planına daxil edilib.

Seçilən
63
1
sport24.az

2Mənbələr