Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyev məhkəmə sistemindən kənarlaşdırılıb.
"AzPolitika"xəbər verir ki, bu barədə "gununsesi.info" məlumat yayıb. Məlumatda bildirilir ki, Əmirəliyev məhkəmə sistemindən kənarlaşdırılmasına səbəb fəaliyyətində çoxsaylı qanunsuzluqlar aşkarlanması olub.
Qeyd edək ki, Fərid Əmirəliyev bir sıra qalmaqallı məhkəmə qərarlarının müəllifi kimi tanınıb. Tanınmış jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində həbs-qətimkan tədbirini də məhz Fərid Əmirəliyev seçmişdi.
1984-cü il təvəllüdlü olan Fərid Əmirəliyevin sabiq DİN rəhbəri Ramil Usubovun sürücüsü kimi tanınan Saşanın kürəkəni olduğu bildirilir.