AZ

Dünyada ən yüksək ölüm və ən aşağı doğum səviyyəsinə malik ölkənin adı AÇIQLANDI – FOTO

Ukrayna ölüm nisbətinə görə dünyada birinci, doğum səviyyəsinə görə isə sonuncu yeri tutub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dünyada demoqrafik vəziyyətlə bağlı son hesabatlarında açıqlanıb.

Məlumata görə, Ukraynada ölüm səviyyəsi hər 1000 nəfərə 18,6 təşkil edir ki, bu da bütün ölkələr arasında ən yüksək göstəricidir.

Doğum səviyyəsinə görə, Ukrayna siyahıda sonuncu, yəni 1000 nəfərə 6 doğum göstəricisi ilə 228-ci yerdədir.

Litva hər 1000 nəfərə 15,02 ölümlə ikinci, Serbiya isə min nəfərə 14,9 ölümlə üçüncü yerdədir.
Ən aşağı ölüm göstəricisi Qətərdə qeydə alınıb - hər 1000 nəfərə 1,4 təşkil edir.





Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
bizim.media

1Mənbələr